Azarkeşlər boykota hazırlaşır – 55 avroya bilet olar?
Bizi izləyin

İdman

Azarkeşlər boykota hazırlaşır – 55 avroya bilet olar?

Azarkeş sayına görə dünyanın ən nəhəng klublarını belə geridə qoyan Dortmund “Borussiya”sının hər oyununda stadionda anşlaq olur. Özü də oyunun əhəmiyyətindən asılı olmayaraq, burada azarkeşlər mövsümlük bilet alır. Amma bəzən pul qazanmaq istəyənlər həddi aşır. Bu üzdən “Borussiya” azarkeşləri aksiya keçirməyə hazırlaşırlar.

Publika.az xəbər verir ki, azarkeşlər “Hoffenhaym”la səfər qarşılaşmasını boykot etmək niyyətindədirlər. Azarkeşləri narazı salan məqam bu oyuna biletlərin həddindən artıq baha olmasıdır. “Borussiya” “Hoffenhaym”la sentyabrın 23-də qarşılaşacaq.

Qarşılaşmaya baxmaq istəyən azarkeş ən azı 55 avro xərcə düşməlidir. Bundan əlavə, azarkeşlər servis xidməti üçün də əlavə olaraq 5 avro ödəməlidirlər.

“Hoffenhaym”ın oyunlarına biletlərin qiyməti komandaların statusundan asılı olaraq dəyişir. “Bavariya” və “Borussiya” yüksək kateqoriyalı komandalar hesab olunduğundan onlarla keçiriləcək oyunlara biletlər daha baha qiymətə satılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm