Çin yığması Qəbələdə ikinci qızıl medalını qazandı
Bizi izləyin

İdman

Çin yığması Qəbələdə ikinci qızıl medalını qazandı

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları uğurla davam edir.

Publika.az xəbər verir ki, turnirdə daha bir dəst medalın sahibi məlum olub. Bu gün kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışı keçirilib.

56 idmançının qatıldığı yarışın finalına 8 atıcı vəsiqə qazanıb. Finalda isə çinli Jiaje Mai hədəfə hamıdan dəqiq atəş açıb. O, 194,7 xal toplayaraq qızıl medala sahib çıxıb. Koreyalı Daehun Park 191,4 xallıq nəticə ilə gümüş mükafatçı olub. Koreya millisinin digər üzvü Çenqyonq Kim isə (169,9) “bürünc”lə kifayətlənib.

Yarışda ilk iki yeri tutan idmançılar gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, bu, Çinin Qəbələdə qazandığı ikinci qızıl medaldır. Kişilərin pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışını Çao Yifey qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm