Ulduzların savaşı: “Barselona” mövsümün ilk titulunu qazandı
Bizi izləyin

İdman

Ulduzların savaşı: “Barselona” mövsümün ilk titulunu qazandı

Əlavə vaxtda daha bir qol vuran "Barselona" Avropa Superkubokunun qalibi olub.

01:23

“Sevilya” nəhayət hesabı bərabərləşdirdi. 81-ci dəqiqədə Yevgeni Konoplyanka komandanın ikinci hissədə başladığı inamlı hücumları davam etdirərək “Barselona”nın qapısına bərabərlik qolunu vurdu. Hesab 4-4.

01:16

Kevin Gameyro penalti zərbəsini dəqiq yerinə yetirdi. 72-ci dəqiqədə “Sevilya” yenidən “Barselona”nın qapısına qol vurdu. Hesab 4-3. “Barselona” irəlidədir.

01:04

Reyes “Sevilya”ya bir qol bəxş edərək hesabdakı fərqi azalda bildi. Hesab hələ ki 2-4 “Barselona”nın xeyrinədir.

Luis Suarez “Barselona”nın 4-cü qolunu “Sevilya”nın qapısından keçirdi.

00:31

Birinci hissə “Barselona”nın üstünlüyü ilə başa çatdı. Qarşılaşmanın 44-cü dəqiqədə Rafinya rəqibin qapısından 3-cü topu keçirdi.

00:15

Lionel Messi yenidən fərqləndi. 16-cı dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirən ulduz futbolçu komandasını 2-1 hesabi ilə irəli çıxardı.

23:53

“Barselona” artıq 7-ci dəqiqədə cavab topu vuraraq hesabı bərabərləşdirib. Qolun müəllifi Lionel Messi olub.

***

Avropa superkuboku uğrunda keçirilən oyunda “Sevilya” komandası “Barselona”nın qapısına ilk qolu vurub. Topu rəqib qapısından oyunun 2-ci dəqiqəsində Ever Baneqa keçirib.

14:52

Bu gün axşam bütün dünyanın gözü Tiflisdə olacaq. Burada Avropanın ən güclüsü müəyyənləşəcək.

Publika.az xəbər verir ki, Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq Avropa superkuboku uğrunda matçda Çempionlar Liqasının son qalibi “Barselona” ilə Avroliqanı qazanan “Sevilya” münasibətlərinə aydınlıq gətirəcəklər.

Tarixi ərzində 9-cu dəfə Superkubokda iştirak etmək imkanı əldə edən “Barselona” 5-ci dəfə bu kuboku müzeyinə aparmaq və bu baxımdan rekordçu “Milan”a çatmaq arzusundadır.

“Sevilya” isə tarixi ərzində 4-cü dəfə Superkubok matçına çıxacaq. Birinci və sonuncu dəfə 2006-cı ildə məhz “Barselona” üzərində qəbələ qazanaraq (3:0) Superkuboka yiyələnən Andalusiya klubu 9 illik həsrətə son qoymaq niyyətindədir.

Xatırladaq ki, “Barselona” ÇL-in finalında “Yuventus”u məğlub edərək (3:1), Superkubokda oynamaq hüququ qazanıb. “Sevilya” isə Avropa Liqasında “Dnepr”lə həlledici görüşdən qalib ayrılaraq (3:2), titulu muzeyinə aparmışdı.

Şotlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman Azərbaycan” kanalıyla canlı yayımlanacaq.

Hər iki komandada itkilər var. “Barselona”nın baş məşqçisi Luis Enrike Neymarın xidmətindən məhrumdur. Yeni transfer Arda Turanın adı isə məlum transfer qadağasına görə Superkubok matçının iştirak ərizəsinə salınmayıb.

“Sevilya” isə iki əsas oyunçusunun xidmətindən yararlana bilməyəcək. Komandaya yeni qoşulan Miro İmmobile və Nikolas Parexa meydana çıxmayacaq. Hər iki futbolçu zədəlidir.

Avropa Superkuboku

11 avqust

23:45 Barselona (İspaniya) – Sevilya (İspaniya)

Baş hakim: Villi Kollum (Şotlandiya)

Stadion: “Dinamo Arena” (Tiflis, Gürcüstan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm