Çinlilər Qəbələdə qızıl qoymadı
Bizi izləyin

İdman

Çinlilər Qəbələdə qızıl qoymadı

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Publika.az xəbər verir ki, avqustun 11-də qadınlar arasında kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışlarının final mərhələsi keçirilib. Yarışda Çin və Rusiya idmançıları digər ölkələrdən olan rəqiblərini geridə qoyaraq mükafat qazanıblar. Yarışın final mərhələsində iştirak edən Çin idmançılarından ikisi mükafat əldə edib. Cao Lijia (Çin) komandasına üçüncü qızıl medalı qazandırıb. Vitalina Batsaraşki (Rusiya) ikinci, Zanq Jinqinq (Çin) üçüncü yeri tutub.

Sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, Çin idmançıları bu yarışlarda artıq 5 medal qazanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm