• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bundesliqanın köklü klubu çökür - İtmiş çanta QALMAQALI

  • İdman
  • 11 Avqust 2015 23:16
  • 292 Baxış
Bundesliqanın köklü klubu çökür - İtmiş çanta QALMAQALI

Almaniyanın köklü futbol klublarından sayılan "Hamburq" son illər böhrandan çıxa bilmir. Ümumi desək, klubda hər sahədə problemlər var: idarəçilikdən tutmuş oyuna qədər.

Publika.az xəbər verir ki, ötən günlərdə baş verən bir hadisə isə klubun mənfiyə doğru gedən durumunu bir daha təsdiqləyib. Belə ki, “Hamburq” klubuna aid bütün sənədlərin içində olduğu çanta yoxa çıxıb. Həmin çantanı isə kluba tamam yad bir adam tapıb.

Şəhər mərkəzindəki “Jeniş-park” adlı bir məkanda, bel çantasının içindən “Hamburq” klubuna aid xüsusi sənədlər aşkarlanıb. Çantadakı sənədlərdə komandanın maaş siyahısı, baş məşqçi Bruno Labbadianın, heyətin müqavilələri, mükafatla bağlı məlumatlar, Emir Spahiçin transferi üçün hazırlanan sənədlər və klub daxili xüsusi yazışmalar aşkarlanıb. Bundan əlavə “Hamburq”un ddman direktoru Peter Knebelin kredit kartı, sürücülük vəsiqəsi və açarı da həmin çantada olub.

Ancaq klubun səhlənkarlığının sübutu bununla bitməyib. Belə ki, parkda gəzərkən çantanı tapan xəstə baxıcısı Aleksandra adlı şəxs əmanəti təslim etmək üçün "Hamburq" klubuyla əlaqə saxlayıb. Ancaq ilk cəhddə onu ciddi qəbul etməyiblər. Aleksandra yenə bir neçə dəfə şansını sınayıb. Nəhayət, o, istəyinə nail olub və çantanı təhvil verib.

Aleksandra mətbuata açıqlamasında belə deyib:

“Bir neçə dəfə zəng etdim, amma mənə inanmadılar. “Peter Knebel ilə danışın, kredit kartı məndədir” dedim. Mənə Peter Knebelin nəyisə axtarmadığını dedilər”.

Knebel isə sonradan mətbuata belə açıqlama verib:

“Sürücülük vəsiqəsinə ehtiyacım yox idi. Həmçinin başqa bir kredit kartı istifadə edirdim. Ona görə çantanı itirdiyimi xatırlamırdım. Çantanın içindəki sənədlər də ötən mövsümə aid olduğu üçün onların itdiyinin fərqinə varmamışam”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR