“Əli silahlılar” atəş açmaqda davam edir – Qəbələdə
Bizi izləyin

İdman

“Əli silahlılar” atəş açmaqda davam edir – Qəbələdə

Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kuboku qaldığı yerən davam edir. Artıq yarışın 4-cü günüdür.

Publika.az xəbər verir ki, yarışın 4-cü günündə 3 medal dəstinin sahibi müəyyənləşib. Medalçılar sırasında yenə Çin və Koreya idmançılar öz yerini alıb. Belə ki, tapançadan atəş açma da asiyalıların üstünlüyü ilə keçib. 6 medaldan 5-ini asiyalılar qazanıb.

Yarışlarda kişilər 50, qadınlar 25 metr məsafəyə tapançadan atəş açmaqda, həmçinin kişilər dabl-trapda hünər göstəriblər.

Çin ikisi qızıl olmaqla, üç medal qazanıb. Koreya isə aktivinə iki medal əlavə edib. Digər mükafat Rusiyanın payına düşüb.

Stenddə keçirilən dabl-trapda isə ABŞ, Böyük Britaniya və Rusiya növbəti medalını qazanıb.

Tapança: 50 m, kişilər

1. Jiajie May (Çin)
2. Daehun Park (Koreya)
3. Çeonqyonq Kim (Koreya)

Tapança: 25 m, qadınlar

1. Lijia Çao (Çin)
2. Vutalina Bataraşkina (Rusiya)
3. Jinqjing Janq (Çin)

Dabl-trap, kişilər

1. Valton Eller (ABŞ)
2. Stiven Skott (Böyük Britaniya)
3. Vasili Mosin (Rusiya)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm