Qəbələdə keçirilən dünya kubokunda daha bir yarışın qalibləri müəyyənləşib
Bizi izləyin

İdman

Qəbələdə keçirilən dünya kubokunda daha bir yarışın qalibləri müəyyənləşib

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Publika.az xəbər verir ki, avqustun 12-də kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209,3 xalla birinci, ABŞ atıcısı Mathev Emmons 208,4 xalla ikinci, çexiyalı Tomas Jerabek isə 186,6 xalla üçüncü yeri tutub.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, beş gündür keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı gələn il Braziliyada təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm