Azərbaycan – Xorvatiya: Lap az qaldı
Bizi izləyin

İdman

Azərbaycan – Xorvatiya: Lap az qaldı

Artıq yeni futbol mövsümünə start verilib. Avropanın aparıcı çempionatlarında ilk turun oyunları baş tutub. Bir neçə gündən sonra AÇ-2016-nın seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Fransada təşkil olunacaq qitə birinciliyinin seçmə mərhələsinin növbəti turunda millimiz Xorvatiyanı qəbul edəcək.

Sentyabrın 3-də, saat 21:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa bilet satışı davam edir.

Biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışına www.tickets.affa.az saytında da start verilib.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm