Çinli idmançı Çunayevin əsgər salamını təkrarladı
Bizi izləyin

İdman

Çinli idmançı Çunayevin əsgər salamını təkrarladı

Qəbələdə keçirilən atıcılıq üzrə Dünya Kubokunun tapança ilə 25 metr məsafədən atəş açma yarışının final mərhələsi başa çatıb. Kişilər arasında keçirilən yarışın qalibləri məlum olub.

Publika.az-ın məlumatına görə, Çin idmançısı Hu Hauze birinci yeri tutub.

Digər Çin idmançısı Lao Jiaje də ikinci yerə yiyələnib. Bürünc medalı isə fransalı Artaud Boris öz ölkəsinə aparıb. Yarışı izləyən tamaşaçılar mükafatlandırma zamanı maraqlı epizoda şahidlik edib.

Belə ki, çinli qızıl medalçı Çinin dövlət himni səslənərkən, bayrağa təzim olaraq hərbi salam verib. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm