"Qəbələ" və "Qarabağ"ın oyunlarının hakim təyinatları açıqlandı
Bizi izləyin

İdman

"Qəbələ" və "Qarabağ"ın oyunlarının hakim təyinatları açıqlandı

Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində Azərbaycanı təmsil edən "Qarabağ" və "Qəbələ"nin oyunlarını idarə edəcək hakimlər də müəyyənləşib.

Publika.az xəbər verir ki, "Yanq Boyz" və "Qarabağ" komandaları arasında İsveçrədə keçiriləcək ilk qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub. Bakıda keçiriləcək "Qəbələ" və Yunanıstan "Panatinaikos"unun görüşünü isə ingiltərəli hakimlər idarə edəcək.

Avropa Liqası, pley-off

20 avqust

21:00. "Qəbələ" - "Panatinaikos"

Baş hakim: Andre Marriner

Hakimlər: Simon Bennett, Li Betts

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)

23:00. "Yanq Boyz" - "Qarabağ"

Baş hakim: Alon Yefet

Hakimlər: Danni Krasikov, Mahmud Mahaqna

Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)

Qeyd edək ki, cavab görüşləri avqustun 27-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm