İdman
Mənim vicdanım var? - Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı
UEFA televiziya tamaşaçılarına hakim və oyunçular (azarkeşlərin nəyə görə hakimin bu və ya digər qərarı verməsini anlaması üçün) arasında olan danışıqları eşitməyə icazə verəcək. Təbii ki, hakimlərlə futbolçular arasındakı danışıqlarda adətən xoş sözlər səslənmir. Efirə söyüşləri buraxmaq olarmı? Publika.az bir çox məşhur hakimlərlə futbolçular arasında yaşanan dialoqlardan seçmələri təqdim edir.
Mark Rafalov
Ümumittifaq kateqoriyalı hakim
- Moskva “Spartak”ı Kiyevdə meydana çıxacaq. Hakim Nikolay Latışev oyuna saatsız gəlib. O zamanlar xronometrdən istifadə etmək mütləq deyildi, oyuna adi saatla da gəlmək olardı. Kimdən istəmək olar? Qonaqların soyunma otağına girib Nikolay Demenyevdən istədik. “Spartak” 2:0 hesabla irəlidə olanda Dementyev üçüncü qolu vurdu lakin hakim ofsayd qeydə aldı. Dementyev yüyürərək Latışevin yanına gəlib dedi: “Saatımı qaytar!”
***
- Daşkənddə keçirilən oyunda meydanda hakim mən idim. Komandalardan birinin müdafiəçisi açıq şəkildə kobudluq edir. O vaxtı vərəqə olmadığı üçün şifahi xəbərdarlıq edirdim. Görünür başa düşdü. Lakin fasilədən sonra yenidən əvvəlki vəziyyətinə qayıtdı. Növbəti qayda pozuntusu - rəqibini yıxır. Həmin futbolçunu meydandan uzaqlaşdırmaq lazımdır. Onu çağırıram və birdən inanılmaz hadisə baş verir. Futbolçu məşhur romansdan olan sətirləri opera səsi ilə oxumağa başladı: “Ehtiyac olmadan məni öldürmə...”
Mən qərarımdan döndüm və ona sonuncu xəbərdarlığı etdim Matçdan sonra öyrəndim ki, bir çox futbolçu cərimə olunaraq komandadan uzaqlaşdırıldığı üçün o da ümidsizlikdən belə oxuyurmuş.
Sergey Belyayev
Ümumittifaq kateqoriyalı hakim, 1931-ci il təvəllüdlü
- 70-ci illərin ortalarında Leninqradda “Zenit”-“Dinamo” (Minsk) oyunu keçirilir. Birinci hissədə qonaqlar 2:0 hesabı ilə öndədir. Fasilədən sonra mənzərə dəyişir: “Zenit” qol vurur, sonra mən penalti verirəm, hesab 2:2 olur. Mərkəzə qaçıram. Baydaçnıy mənə çataraq çiynimdən yapışdı: “Sənin vicdanın var?” Arxaya döndüm: “Vicdanım var! Sağ cibimdə sarı, sol cibimdə isə qırmızı”. Bunu deyib qırmızı vərəqəni göstərdim.
Camalə
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO