Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi oldu
Bizi izləyin

İdman

Serbiya idmançısı Dünya Kuboku yarışlarının qalibi oldu

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Publika.az xəbər verir ki, avqustun 14-də qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində Serbiya, Tayvan, Çin, Rusiya, Ukrayna, Koreya Respublikası və Fransadan 8 idmançı iştirak edib.

Serbiya idmançısı Zorana Arunoviç 199 xalla Çin idmançısını geridə qoyaraq birinci yeri tutub. Çin idmançısı Yuemei Lin 197,7 xalla ikinci, Tayvan atıcısı Chen Chia Tien 177,7 xalla üçüncü yeri əldə edib.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Yeddi gündür davam edən atıcılıq yarışlarında indiyədək 26 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm