Qapıçılar təkcə qapını qorumurlar, həm də... – VİDEO
Bizi izləyin

İdman

Qapıçılar təkcə qapını qorumurlar, həm də... – VİDEO

Futbolda belə bir deyim var: qapıçı komandanın yarısıdır. Bu sözdə həqiqət çalarları çoxdur. Amma bəzən “1 nömrə” nəinki qapısını qoruyur, hətta komandasını məğlubiyyətdən xilas edə və ya qələbə qolunu vura bilir.

Buna ən yaddaqalan nümunə kimi UEFA kubokunun 2005/06 mövsümündə 1/8 final mərhələsinin “Şaxtyor” – “Sevilya” oyununda baş verənləri xatırlada bilərik. İlk oyunda 2:2 hesabı qeydə alınmışdı. Donetskdə keçirilən cavab matçının son dəqiqələrinə ukraynalılar 2:1 irəlidə idi. Qonaqlar son saniyələrdə künc zərbəsi qazandı. Və bu an İspaniya klubunun qolkiperi Andres Palop səhnəyə çıxdı. Onun vurduğu qol komandasını məğlubiyyətdən qurtardı və əlavə vaxtda “Sevilya” qələbə qazandı. Andalusiyalılar həmin turnirin sonunda qalib oldu.

Belə nümunələr çoxdu. Qapıçılar adətən seyvləriylə xilaskar rolunu oynayır. Amma indi təqdim edəcəyimiz videoda superxilaskarları xatırlayacaqsız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm