Luis Enrike: "Kuboku qazana bilərik"
Bizi izləyin

İdman

Luis Enrike: "Kuboku qazana bilərik"

"Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya superkubokunda "Atletik"ə (Bilbao) 0:4 hesabı ilə uduzduqları ilk matçı şərh edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, məğlubiyyət üçn məsuliyyəti öz üzərinə götürdüyünü deyib:

"Futbolçularımın zədələnməsinin qarşısını almaq üçün onları əvəzləməli idim. Çünki hələ mövsümün əvvəlidir və oyunçularım bu qədər çox matç oynamağa öyrəşməyiblər. Etdiyimiz səhvlər ucbatından uduzduq".

L.Enrike bu məğlubiyyətdən sonra kuboku qazanmağın asan olmayacağını vurğulayıb:

"Ancaq 0:4 hesablı məğlubiyyətə baxmayaraq, yekunda qələbə qazana biləcək yeganə klub "Barselona"dır. Cavab oyununda ilk dəqiqələrdə qollar vurmağa çalışacağıq. Təkrar söyləyirəm, kuboku qazan bilərik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm