Millimizin futbolçusu yenidən "Metallurq"da
Bizi izləyin

İdman

Millimizin futbolçusu yenidən "Metallurq"da

Millimizin futbolçusu Pavel Paşayev "Metallurq"a qayıdıb.

Qol.Az-ın xəbərinə görə, bu barədə Zaporojye klubunun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, P.Paşayev yayda müqaviləsi başa çatdıqdan sonra "Metallurq"dan ayrılmışdı. Ancaq o, yenidən əvvəlki klubuna qayıtmağı seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm