Van Qal David de Xeanı əvəzedici komandaya göndərdi
Bizi izləyin

İdman

Van Qal David de Xeanı əvəzedici komandaya göndərdi

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandanın qapıçısı David de Xeanı cəzalandırıb.

Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis 24 yaşlı qolkiperi əvəzedici komandaya göndərib.

Premyer Liqanın ilk iki turunda oynamayan ispaniyalı qapıçı əvəzedici komandada məşq edir. De Xeanın yenidən İspaniyaya qayıtmasını arzulaması van Qalın narazılığına səbəb olub. Buna görə də, daha öncə de Xeanı satmaq istəmədiklərini açıqlayan 64 yaşlı mütəxəssis təcrübəli qolkiperi əvəzedici komandaya göndərməklə cəzalandırıb.

Qeyd edək ki, De Xeanın "Real" (Madrid) klubuna transfer olunacağı iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm