İdman
Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
Bolqarıstanın Samokov şəhərində boks üzrə Avropa çempionatı keçirilib.
Yarışda 41 ölkədən 241 boksçu mübarizə aparıb. Çempionatda hər çəkidə ilk altı yeri tutan dəri əlcək ustaları oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanmaq imkanı əldə ediblər.
Azərbaycanın səkkiz boksçusu birinci Avropa Oyunlarında dünya çempionatına lisenziya əldə etdiklərindən Bolqarıstanda yalnız bir idmançımız rinqə çıxıb. Məşqçilər korpusu 49 kiloqram çəki dərəcəsində yeniyetmələrin Olimpiya Oyunlarının qalibi Rüfət Hüseynovu sınamağı qərara alıb.
Avropa çempionatında 49 kiloqram çəki dərəcəsində 14 boksçu gücünü sınayıb. Həmyerlimiz ilk görüşünü Gürcüstan idmançısı Mixail Kazanjianiyə qarşı keçirib. Boksçumuz bu qarşılaşmadan qalib ayrılaraq dörddəbir finalda Yulian İvanov (Moldova) ilə üz-üzə gəlib. Rəqibini məğlub edən R.Hüseynov yarımfinaladək inamla irəliləyib və mükafatçılar sırasına düşməyi bacarıb. Bu mərhələdə həmyerlimiz britaniyalı Horn Harveyə məğlub olaraq bürünc medalla kifayətlənib.
Avropa çempionatında ölkəmizi hakim kimi Fuad Aslanov təmsil edib.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü