“Qarabağ” – “Yanq Boyz” matçının vaxtı dəqiqləşdi
Bizi izləyin

İdman

“Qarabağ” – “Yanq Boyz” matçının vaxtı dəqiqləşdi

UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Yanq Boyz” (İsveçrə) komandaları arasında keçiriləcək cavab qarşılaşmasının vaxtı müəyyənləşib.

Publika.az UEFA-nın saytına istinadla xəbər verir ki, cavab görüşü avqustun 27-də saat 21:00-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Azərbaycan çempionunun “Yanq Boyz” ilə ilk görüşü isə avqustun 20-də Bakı vaxtı ilə saat 23:00-da Berndəki “Stad de Syuiss” stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm