“MS” “Barsa”ya müqavimət göstərə biləcək?
Bizi izləyin

İdman

“MS” “Barsa”ya müqavimət göstərə biləcək?

“MS” “Barsa”ya müqavimət göstərə biləcək?

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

Publika.az xəbər verir ki, ikinci oyun gününə daha iki qarşılaşma keçiriləcək. “Barselona” öz meydanında “Mançester Siti”ni qəbul edəcək. İlk görüşdə səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn kataloniyalılar mərhələni adlamağa daha şanslı görünür.

Digər görüşdə "Bayer" (Leverkuzen) səfərdə PSJ-nin qonağı olacaq. Almaniyada baş tutan ilk matçda rəqibini 4:0 hesabı ilə darmadın edən Paris klubu demək olar ki, mərhələnin taleyini həll edib.

Qeyd edək ki, 1/8 finalın digər oyunları martın 18 və 19-da keçiriləcək.

12 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları

23:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə) (İlk oyun - 2:0)

23:45. PSJ (Fransa) - "Bayer" (Leverkuzen, Almaniya) (İlk oyun - 4:0)

18 mart

23:45. "Çelsi" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) (İlk oyun - 1:1)

23:45. "Real" (Madrid, İspaniya) - "Şalke" (Almaniya) (İlk oyun - 6:1)

19 mart

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Zenit" (Rusiya) (İlk oyun - 4:2)

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan) (İlk oyun - 0:2)

11 mart

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) (İlk oyun - 1:0) - 4:1

Qollar: Dieqo Kosta, 3 (1:0), Kaka, 27 (1:1), Arda Turan, 41 (2:1), Raul Qarsiya, 71 (3:1), Dieqo Kosta, 85 (4:1)

23:45. "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) (İlk oyun - 2:0) - 1:1

Qollar: Şvaynştager, 55 (1:0), Padolski, 57 (1:1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm