Qalib müəyyənləşmədi
Bizi izləyin

İdman

Qalib müəyyənləşmədi

Topaz Premyer Liqasının ikinci turu çərçivəsində növbəti oyunlar keçirilib.

Premyer Liqanın ikinci turunda keçirilən “Sumqayıt” – “Xəzər Lənkəran” komandaları arasındakı görüşdə qalib müəyyənləşməyib. “Kapital Bank Arena”da təşkil edilən matç 1:1 hesabı ilə başa çatıb. Baş hakim Elvin Əsgərovun idarə etdiyi qarşılaşmada qolları “Sumqayıt”ın heyətində Bəxtiyar Həsənalızadə, “Xəzər Lənkəran” kollektivində isə Elşən Rzazadə vurub.

Premyer Liqanın digər qarşılaşması - “Kəpəz” – “Zirə” oyunu da 1:1 hesabı ilə yekunlaşıb. Əsas hakim Rəhim Həsənovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açsa da, matça əlavə olunmuş dəqiqələrdə “Zirə” bərabərlik qolunu vura bilib. Gəncə şəhər stadionuda oynanılan görüşdə “Kəpəz”in heyətində Şəhriyar Rəhimov, “Zirə” komandasında isə İqor İvanoviç fərqləniblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm