“Panatinaikos”un Bakıya gələcəyi gün məlum oldu
Bizi izləyin

İdman

“Panatinaikos”un Bakıya gələcəyi gün məlum oldu

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Panatinaikos"un Bakıya gələcəyi tarix müəyyənləşib.

Publika.az xəbər verir ki, Afina təmsilçisi paytaxtımıza oyundan bir gün öncə, avqustun 19-da gələcək.

Qonaqlar səhər saatlarında Bakıya yola düşəcək. “Panatinaikos”un axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm