• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

97 yaşlı stolüstü tennis ustası – dünyanın ən qoca idmançısı – FOTOLAR/VİDEO

  • İdman
  • 18 Avqust 2015 03:07
  • 314 Baxış
97 yaşlı stolüstü tennis ustası – dünyanın ən qoca idmançısı – FOTOLAR/VİDEO

Stolüstü tennis üzrə dünyanın ən qoca idmançısı, Avstraliya Stolüstü Tennis Federasiyasının təmsilçisi Doroti De Lou “Ginnesin rekordlar kitabı”ndakı yerini tərk etməyəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın qoca tennisçilərinin bu rekordu yeniləmək istəyi uğursuzluğa düçar olub. Həmin səbəbdən də Doroti De Lou tarixə ən qocaman tennisçi kimi düşüb.

Qeyd edək ki, Doroti De Lou 97 yaş 232 günlük olanda Braziliyanın Rio de-Janeyroda keçirilmiş XIV stolüstü dünya çempionatında Avstraliyanı (veteranlar üzrə) təmsil etməklə, “Ginnesin rekordlar kitabı”na dünyanın ən qocaman tennisçisi olaraq düşüb. Çempionata əlil arabası ilə qatılmış idmançı oyunlarda yaşına uyğun olmayan çeviklik nümayiş etdirib.

Doroti buna qədər də xeyli idmançını çempionatdan uzaqlaşdırıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR