Nə oldusa, o 3 dəqiqə ərzində oldu – Həyatının şokunu yaşayan futbolçu – FOTOLAR
Bizi izləyin

İdman

Nə oldusa, o 3 dəqiqə ərzində oldu – Həyatının şokunu yaşayan futbolçu – FOTOLAR

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazalara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

George Haci

“Mən “Qalatasaray”a gəlməklə yetinmədim. Həm də cani-dildən “Qalatasaray”lı oldum. “Qalatasaray”ın ruhunu hiss etməyə başladığım gün komandanın adını qəlbimə yazdım”.

Kristian Abbiati

“Nə oldusa, o 3 dəqiqə ərzində oldu. Həyatımın şokunu yaşadım. “Qalatasaray” başqa planetdən gəlmiş komandaya bənzəyirdi”.

(1999/2000. Çempionlar Liqası. 3:2 bitən “Qalatasaray” – “Milan” matçı üçün)

Filipp Lam

“Bu mövsüm məni çox oyun keçirmək yox, tez-tez kubok qaldırmaq yaman yordu...”

(2012/13 mövsümü üçün)

Samuel Eto`O

“Bir çox dahi mütəxəssislərin rəhbərliyi altında oynamışam, amma Joze Mourinyo kimi xüsusi xarakterə malik birisinə rast gəlməmişəm. O, ətrafınızdadırsa, heç vaxt sıxılmazsınız. Mourinyodan bir dənədir”.

Mario Balotelli

“İtaliya millisinin şərəfini qorumaq olduqca gözəl hisdir. Amma ondan da gözəl hiss varsa, bu da Andrea Pirlo kimi bir sehrbazla eyni komandada oynamaqdır...”

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm