2 qol, 2 qırmızı və 31 illik həsrət bitdi - FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

2 qol, 2 qırmızı və 31 illik həsrət bitdi - FOTOLAR/VİDEO

İspaniya superkubokunun yeni qalibi məlum olub.

Publika.az xəbər verir ki, iki oyundan ibarət olan İspaniya superkubokunun ilk oyununda evdə "Barselona"nı darmadağın edən (4:0) "Atletik" "Nou Kamp"dakı cavab oyununda da uduzmayıb - 1:1. Bununla da basklar superkuboka sahib çıxıb.

Qarşılaşmada hesabı matçın 44-cü dəqiqəsində Messinin qoluyla "Barsa" açsa da, 76-cı dəqiqədə Aduris hesaba tarazlıq.

Katalonlar qarşılaşmanın 57-ci dəqiqəsindən etibarən azlıqda mübarizə aparıblar. Belə ki, "göy-qırmızılar"ın müdafiəçisi Pike qarşılaşmanın 57-ci dəqiqəsində qırmızı vərəqəylə cəzalanaraq, komandasını azlıqda qoyub. Matçın 86-cı dəqiqəsində isə "Atletik"dən Kike Sola qırmızı vərəqəylə cəzalanıb.

İki oyunun nəticəsinə əsasən, 5:1 hesabıyla qalib gələn "Atletik" İspaniya superkubokunun yeni sahibi olub.

Bu, bilbaoluların tarixində qazandıqları 2-ci superkubokdu. Ancaq basklar bundan öncəki superkuboku heç bir oyun keçirmədən qazanmışdı. Belə ki, 1984-cü ildə həm La Liqanı, həm də ölkə kubokunu qalib kimi bitirən Bilbao təmsilçisi o vaxtın reqlamentinə uyğun olaraq, heç bir oyun keçirmədən superkuboka sahib çıxmışdı.

İspaniya superkuboku, cavab oyunu

17 avqust

Barselona - Atletik 1:1 (ilk oyun 0:4)

Messi, 44 - Aduris, 75.

Qırmızı vərəqə: Pike, 57 - Kike Sola, 86.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm