Bu meydan, bu da şeytan
Bizi izləyin

İdman

Bu meydan, bu da şeytan

İki həftəlik fasilədən sonra yenidən avrokubok həyəcanı qaldığı yerdən davam edir. Bu gün Çempionlar Liqasının pley-off mərhələsi start götürür.

Publika.az xəbər verir ki, ilk oyun günündə 10 komanda meydana çıxacaq.

İlk olaraq futbol azarkeşlərinin diqqəti Qazaxıstana yönələcək. Burada yerli "Astana" Kipr APOEL-ini qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Bu mərhələdən mübarizəyə qoşulan komandalardan biri İngiltərənin "Mançester Yunayted" klubudur. "Qırmızı şeytanlar" qrupa vəsiqə qazanmaq üçün Belçika "Brügge"sini məğlub etməlidirlər. Bundan başqa, "Latsio" (İtaliya) Almaniya "Bayer"i ilə, "Sportinq" (Portuqaliya) isə ÇSKA (Rusiya, MOİK) ilə qarşılaşacaq.

Görüşlər Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Qeyd edək ki, pley-off mərhələsində digər 5 oyun sabah keçiriləcək.

Çempionlar Liqası, pley-off mərhələsi

18 avqust

21:00 Astana (Qazaxıstan) - APOEL (Kipr)

23:45 BATE (Belarus) - Partizan (Serbiya)

23:45 Latsio (İtaliya) - Bayer (Leverkuzen, Almaniya)

23:45 Mançester Yunayted (İngiltərə) - Brügge (Belçika)

23:45 Sportinq (Portuqaliya) - ÇSKA (Rusiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm