• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qəbələ” “Panatinaikos”la oyuna ciddi hazırlaşır

  • İdman
  • 18 Avqust 2015 12:30
  • 301 Baxış
“Qəbələ” “Panatinaikos”la oyuna ciddi hazırlaşır

Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” ilk oyunun hazırlıqlarını davam etdirir.

Publika.az xəbər verir ki, “Qırmızı-qaralar” avqustun 20-də Bakıda baş tutacaq qarşılaşmaya paytaxtda hazırlaşır.

Komanda Azərbaycan Premyer Liqasının 2-ci turunun avqustun 15-də keçirilən AZAL-la oyunundan (2:0) sonra məşqlərinə ara verməyib. Zədəli futbolçular artıq komandanın hazırlıqlarına qoşulduğundan, “Qəbələ” tam heyətlə məşq keçib.

Gündə bir dəfə məşq edən Roman Qriqorçukun yetirmələri hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR