“Yanq Boyz” – “Qarabağ” oyununun hakimləri dəyişdirildi
Bizi izləyin

İdman

“Yanq Boyz” – “Qarabağ” oyununun hakimləri dəyişdirildi

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasındakı ilk matçın hakimləri dəyişdirilib.

Publika.az xəbər verir ki, daha öncə bu qarşılaşmanın israilli hakimlər tərəfindən idarə olunacağı, baş hakimin Alon Yefet olacağı bildirilirdi.

Lakin UEFA-nın rəsmi saytı bu qarşılaşmanın israilli yox, rusiyalı hakimlər tərəfindən idarə olunacağını açıqlayıb. Baş hakim isə Vladislav Bezborodovdur. Ona yan xətt hakimləri Nikolay Qolubevlə Maksim Qavrilin kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aleksey Eskov yerinə yetirəcək.

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" matçı avqustun 20-də Berndə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm