“Panatinaikos”a qol vurmağa çalışacam”
Bizi izləyin

İdman

“Panatinaikos”a qol vurmağa çalışacam”

Premyer Liqadanın 2-ci turunda AZAL-la oyun “Qəbələ”nin ukraynalı legioneri Aleksey Antonov üçün əlamətdar oldu. Meydana sonradan daxil olan hücumçu Premyer Liqada ilk qolunu vurmaqla, “Qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsində pay sahibi oldu.

Publika.az xəbər verir ki, Azərbaycan çempionatında ilk qolun sevincini bölüşən forvard qarşıdakı “Panatinaikos”la oyuna da toxunub:

“AZAL-la oyunu ağır alındı. Sevinirəm ki, sonda qalib gəlib, lazım olan nəticəni qazana bildik. Əsas 3 xal qazanmağımız idi ki, bunun da öhdəsindən gəldik. Azərbaycan çempionatındakı ilk qoluma gəlincə, yaxşı hücum təşkil etdik. Həmin epizodda mən hücumu dəqiq zərbə ilə tamamladım. İndi bizi qarşıda daha çətin sınaq gözləyir. “Panatinaikos” çox yaxşı komandadır. Bütünlüklə avrokubok görüşünə köklənmişik. “Panatinaikos”la matçda da hücumçu kimi qol vurmağa çalışacam. Hər oyuna qol vurmaq üçün çıxıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə və qollarla sevindirək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm