Federasiya futboldakı rüşvətin qarşısını belə kəsir: “Get öz başını saxla!”
Bizi izləyin

İdman

Federasiya futboldakı rüşvətin qarşısını belə kəsir: “Get öz başını saxla!”

Çin hökuməti yerli peşəkar liqalarda korrupsiyanın səviyyəsinin azaldılması məqsədi ilə Çin Futbol Assosiasiyasını (KFA) idarə etməkdən imtinaya hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə ölkənin “China Daily” nəşri bildirib.

Nəşr yazır ki, avqustun 17-də Çinin İdman Nazirliyi KFA-nın yenidən strukturlaşdırılması planını təsdiq edib. Plan KFA-nın qeyri-dövlət təşkilatına çevrilməsini nəzərdə tutur.

Yaxın vaxtlarda KFA-da işləyənlərə orada qalıb işləmək ilə dövlət qulluğunda tam məşğulluq arasında seçim etmək təklif olunacaq. Hökumət ilin sonuna kimi KFA-nı idarə edən yeni struktur yaratmağı planlaşdırılır. Strukturun İdarə Heyətində 47 üzv yer alacaq.

Bundan sonra KFA-nın dövlət maliyyələşdirilməsi tamamilə dayandırılacaq və təşkilatın sərbəst iqtisadi inkişaf planı hazırlanacaq. Hər il assosiasiyanın maliyyə fəaliyyətinin müstəqil auditinin keçirilməsi planlaşdırılır.

KFA-nın yenidən strukturlaşdırılmasından sonra yekun qərar vermək hüququ 2005-ci ildə elit divizionun əsasını qoymuş 16 klubun təmsil olunduğu Ali Futbol Liqasının Məsləhət Şurasına veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm