Banişevskinin forması “Marakana”da - FOTO
Bizi izləyin

İdman

Banişevskinin forması “Marakana”da - FOTO

“Neftçi”nin Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” stadionunun muzeyinin nümayəndələri ilə görüşüblər.

Publika.az xəbər verir ki, görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü klubu olan "Neftçi" barədə məlumatlar verilib.

Daha sonra "Ağ-qaralar"ın yetirməsi olan və peşəkar karyerası ərzində yalnız "Neftçi"də oynamış Anatoli Banişevskinin 1965-ci ilin noyabrın 21-də "Marakana"da Brazliya millisinə vurduğu qol xatırlanıb və futbolçu haqda rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb.

Sonda əfsanəvi futbolçumuz Banişevskinin forması muzeyə hədiyyə edilib. Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər “Neftçi”nin əfsanəvi “9” nömrəsinin formasını da görə biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm