6 aylıq hamilənin rinqdə nə işi var?
Bizi izləyin

İdman

6 aylıq hamilənin rinqdə nə işi var?

İdman aləmində hər gün maraqlı xəbərlər eşidirik. Amma bu xəbərə təəccüblənməmək olmur.

Publika.az xəbər verir ki, MMA çempionu Kimberli Novaes 6 aylıq hamilə olarkən az qala rinqə çıxacaqmış. Bu haqda o, öz feysbuk səhifəsində yazıb. Xanım idmançı yalnız doğuşa 3 ay qalmış “ikicanlı” olduğunu hiss etdiyini deyib:

“Bir müddət sancılar, baş ağrıları və qıcolmalarım olurdu. Həkim bağırsaq infeksiyasından şübhələnirdi. Ultrasəs müayinəsindən (UZİ) sonra məlum oldu ki, hamiləliyin 24-cü həftəsindəyəm. Şükür ki, oğlum sağlamdır. Buna görə çox həyəcan keçirirdim. Çünki əvvəllər gərgin məşqlərlə çəkimi salmağa çalışmışdım”.

Qeyd edək ki, braziliyalı xanım idmançı 4 aylıq hamilə olarkən “Noxii” qarışıq idman növləri üzrə çempion olub. Novaes MMA-da 10 döyüş keçirib: 8 qələbə, 2 məğlubiyyət.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm