Türk klubu erməni futbolçuyla maraqlanır
Bizi izləyin

İdman

Türk klubu erməni futbolçuyla maraqlanır

“Spartak”ın yarımmüdafiəçisi Aras Özbiliz “Bursaspor”in maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu haqda “Bursa Hakimiyet” saytı məlumat yayıb. Mənbə komandanın baş məşqçisi Ertuğrul Sağlamın Balaş Djudjakın ardından növbəti dəfə Rusiyaya futbolçu “ovuna” çıxdığını yazıb. Klub rəhbərliyi erməniəsilli futbolçuya görə “Spartak”a rəsmi təklif göndərməyə hazırlaşır.

25 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 3,5 milyon avro civarındadır. Ermənistan millisinin üzvünün Moskva klubuyla hazırki müqaviləsi 2018-ci ilin iyununa kimi nəzərdə tutulub.

Qeyd edək ki, 2014/15 mövsümünü ağır zədə üzündən buraxan Özbiliz “Ayaks” futbol məktəbinin yetirməsidir. Rusiyada ilk klubu “Kuban” olub. 3 ildir ki, “Spartak”ın formasını geyinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm