
Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli açıqlanıb.
Publika.az xəbər verir ki, turun oyunları 3 gün ərzində keçiriləcək.
Turun açılış oyununda "Xəzər Lənkəran" və "Rəvan" komandaları üz-üzə gələcək. Son oyun günündə isə "Zirə" doğma azarkeşlər önündə paytaxtın "İnter" klubunu qəbul edəcək.
22 avqust
21:00 Xəzər Lənkəran - Rəvan
Xəzər Lənkəran mərkəzi stadionu
23 avqust
21:00 Neftçi - Sumqayıt
"Bakcell Arena"
21:00 Qəbələ - Kəpəz
Qəbələ şəhər stadionu
21:00 AZAL - Qarabağ
"Dalğa Arena"
24 avqust
21:00 Zirə - İnter
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu