"Şansımız olsa, bundan istifadə edəcəyik"
Bizi izləyin

İdman

"Şansımız olsa, bundan istifadə edəcəyik"

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la ilk oyun öncəsi keçirdiyi mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ukraynalı mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib.

-“Apollon”la oyundan sonra heyətin gücləndiriləcəyi deyilirdi. Ancaq belə olmadı. Bu halda “Panatinaikos”u keçmək mümkün olacaqmı?

- Komandamızın potensialı var. Heyəti gücləndirmək də istəyirdik. Ancaq alınmadı. Bildiyiniz kimi, Cavid Hüseynov və Ürfan Abbaszadə də sabah bizə kömək edə bilməyəcək.

- Cavid Hüseynovun yoxluğu komandaya fiziki və mənəvi cəhətdən nə dərəcədə təsir edəcək?

- Cavidin yoxluğu bizim üçün böyük itkidir. Bizim digər güvəniləsi futbolçularımız da var. Cavidin məsələsi ilə bağlı bir şey edə bilmirik.

- “Panatinaikos” digər rəqiblərlə müqayisədə daha səviyyəlidir. Həm də “Qəbələ” ilk oyununu evdə keçirəcək. Yəni daha çətin cavab oyunu olacaq. Bu, komandanızı qorxaq futbol oynamağa məcbur etməyəcək ki?

- İlk oyunun harda olmasının fərqi yoxdur. Rəqibin səviyyəsinə gəldikdə isə bəli, “Panatinaikos” güclü komandadır. Əgər bir faiz də qalib gəlmək şansımız olsa, bundan istifadə edəcəyik.

- Heç vaxt oyundan əvvəl bu qədər ümidsiz görünmürdünüz.

- Əhvalım yerindədir (gülür). Oyuna yaxşı köklənmişik. Sadəcə olaraq sabahkı matçı düşünürəm.

- Ehtiyatlı oyuna üstünlük verəcəksiniz, yoxsa doğma azarkeşlər önündə hücum futbolu nümayiş etdirəcəksiniz?

- Biz istədiyim futbolu oynamağa çalışacaq. Rəqibin hansı futbolu oynayacağından da çox şey asılıdır.

-Ürfan Abbasov cəzalı durumdadır. Onun əvəzinə sabah kim oynayacaq?

- Bunu sabah müəyyənləşdirəcəm. Çünki həmin mövqedə üç futbolçumuz – Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov və Rikardinyo oynaya bilər.

- “Apollon” səddini keçdikdən sonra mətbuat konfransına “aerodrom kepka” ilə gəldiniz. “Panatinakos” üzərində qələbədən sonra bizi nə ilə təəccübləndirə bilərsiniz?

- Hələlik bunu təxirə salaq. Belə şeyləri tez-yez etmək yaxşı olmaz.

- “Qəbələ” rəhbərliyi Ukrayna televiziyasına müsahibəsində bildirib ki, Roman Qriqorçuk son on ildə axtardığımız məşqçidir, onu buraxmaq fikirmiz yoxdur. Düşünmürsünüz ki, sizin uğurunuz həm də sizə mane ola bilər? Çünki komandanız qrup mərhələsinə yüksəlsə, sizə Avropada maraq daha da artacaq.

-“Qəbələ”nin qrup mərhələsinə düşməsi mənim məşhurlaşmağımla bağlı heç nəy

Oxumağa davam et
Reklam
Reklam

Gündəm