İdman
Türk əsilli futbolçu İngiltərə klubuna transfer olub
İtaliyanın “Napoli” komandasının yarımmüdafiəçisi Gökhan İnlər karyerasını İngiltərənin “Lester” klubunda davam etdirəcək.
AZƏRTAC “Lester” klubunun saytına istinadla xəbər verir ki, İsveçrə milli komandasının Türkiyə əsilli 31 yaşlı futbolçusu ilə müqavilənin müddəti üç illikdir. Bu transfer Klaudio Ranyerinin baş məşqçisi olduğu Premyer Liqa təmsilçisinə 7,6 milyon avroya başa gəlib.
Qeyd edək ki, İsveçrənin “Bazel”, “Aarou”, “Zürix”, həmçinin İtaliyanın “Udineze” komandalarında oynamış futbolçunu Türkiyənin “Beşiktaş” klubu da heyətinə cəlb etmək istəyirdi.
Karyerası ərzində İtaliya kubokunun sahibi olan futbolçu İsveçrə çempionluğu da yaşayıb.
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO