“Knyazlar” “Yarasalar”ın hücumuna məruz qaldı
Bizi izləyin

İdman

“Knyazlar” “Yarasalar”ın hücumuna məruz qaldı

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" evdə İsveç "Malmö"sünü qəbul edib. Beş qolun vurulduğu oyunda şotlandlar 3:2 hesabıyla qalib gəliblər.

Günün ən maraqlı oyunlarından biri də Valensiyada baş tutub. Burda ev sahibi "Valensiya" "Monako"nu qəbul edib. "Yarasalar" evdə 3:1 hesabıyla qalib gələrək, cavab oyunu öncəsi yaxşı üstünlük əldə ediblər. Buna baxmayaraq, "Knyazlıq klubu"nun səfərdə qol vurması onlara qrup mərhələsinə vəsiqə üçün ümid verir.

Səfərdə müvafiq olaraq "Skenderbeu" və "Rapid"i məğlub edən "Dinamo" və "Şaxtyor" qrup mərhələsinə bir addım da yaxınlaşıb.

Xatırladaq ki, bu mərhələnin ilk 5 oyunu bir gün öncə keçirilib.

Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar

19 avqust

23:45 Seltik (Şotlandiya) - Malmö (İsveç) 3:2

Qriffits, 3; 62. Bitton, 10 - Berqet, 52; 95.

23:45 Skenderbeu (Albaniya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2

Şkembi, 37 - Sudani, 66. Pivariç, 93.

23:45 Bazel (İsveçrə) - Makkabi (Təl-Əviv, İsrail) 2:2

Delqado, 39-p. Embolo, 88 - Zahavi, 31; 96.

23:45 Rapid (Avstriya) - Şaxtyor (Ukrayna) 0:1

Marlos, 44.

23:45 Valensiya (İspaniya) - Monako (Fransa) 3:1

Rodriqo, 4. Parexo, 59. Fequli, 94 - Pasaliç, 49.

18 avqust

21:00 Astana (Qazaxıstan) - APOEL (Kipr) 1:0

Colçiyev, 14.

23:45 BATE (Belarus) - Partizan (Serbiya) 1:0

Qordeyçuk, 75.

23:45 Latsio (İtaliya) - Bayer (Leverkuzen, Almaniya) 1:0

Keyta, 77.

23:45 Mançester Yunayted (İngiltərə) - Brügge (Belçika) 3:1

Depay, 13; 43. Fellaini, 94 - Kerrik, 8-a/q.

23:45 Sportinq (Portuqaliya) - ÇSKA (Rusiya) 2:1

Qutyerres, 12. Slimani, 82 - Dumbia, 40.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm