Azarkeşlərdən unikal xahiş – Qarı təmizləməyə kömək edin
Bizi izləyin

İdman

Azarkeşlərdən unikal xahiş – Qarı təmizləməyə kömək edin

Azarkeşlərdən unikal xahiş – Qarı təmizləməyə kömək edin

Rusiyanın “Tom” klubu azarkeşlərdən unikal xahiş edib.

Publika.az xəbər verir ki, klubun rəsmi saytı vasitəsilə yayılan müraciətdə azarkeşlərdən xahiş olunur ki, “Trud” stadionunun qardan təmizlənməsinə kömək etsinlər.

Martın 13-də “Tom” bu stadionda “Tümen”lə Rusiya kuboku çərçivəsində qarşılaşmalıdı.

Amma həddindən artıq yağan qarı təmizləmək mümkün olmadığı üçün oyunun keçirilməməsi ehtimalı artır.

Bunu nəzərə alan klub rəhbərliyi azarkeşləri köməyə çağırmaq məcburiyyətində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm