• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Avarçəkənlərimiz Milanda mübarizəyə başladı - Rio-2016-ya lisenziya üçün

  • İdman
  • 20 Avqust 2015 11:59
  • 248 Baxış
Avarçəkənlərimiz Milanda mübarizəyə başladı - Rio-2016-ya lisenziya üçün

Azərbaycan milli komandası Rio-2016-ya lisenziya xarakterli dünya çempionatında mübarizəyə başladı.

Publika.az xəbər verir ki, dünən İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb. Nüfuzlu reqatada Azərbaycanı 6 idmançı təmsil edəcək. Onlardan 4-ü kanoe, 2-si kayak növündə mübarizə aparacaq.

Çempionatın proqramına əsasən, Azərbaycan təmsilçiləri mübarizəyə bu gün qoşulub. Bakı vaxtı ilə saat 11:54-də kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə qatılıb. Onun rəqibləri Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) olacaq. İlk 6 pillənin sahibləri yarımfinala yüksələcəklər.

Saat 12:36-da kanoeçilərdən ibarət Sergey Bezuqlıy - Aleksey Kupin dueti start xəttinə çıxacaq. Kişilər arasında 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə seçmə yürüşdə azərbaycanlı cütlüyün 6 rəqibi olacaq: Murat Satıbaldiyev - Tilek Satıbaldiyev (Qırğızıstan), Penqfey Çenq - Lonqkui Vanq (Çin), Pal Sarudi - Kristofer Forqo (Macarıstan), Viktor Qlazunov - Vinsent Slominski (Polşa), Məhəmməd Yunus Rustandi - Ənvər Tarra (İndoneziya), Anton Knesis - Martin Burkovski (Latviya). 1-ci yerin sahibləri birbaşa əsas finala, 2 - 7-ci yerləri tutanlar isə yarımfinala yüksələcəklər.

Saat 14:03-də kanoeçi Taras Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri Abraham Leo Ekiye (Nigeriya), Leonid Karp (Rumıniya), Strahinya Mladejiç (Serbiya), Mark Uilyam Olderşav (Kanada), Tomaş Kaçor (Polşa), Yoosep Karlson (Estoniya) və Xuan Dat Tran (Vietnam) olacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.

Saat 14:40-da daha bir kanoeçi, "Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşdə start xəttinə çıxacaq. Ona Suren Malxasyan (Yunanıstan), Kastilyo Kastaneda (Meksika), Ronni Ratya (Venesuela), Yuri Çeban (Ukrayna), Naoya Sakamoto (Yaponiya), Madumetya Fillemo Maema (CAR), Abraham Leo Ekiye (Nigeriya) və Vieqas de Seyta (San-Tome və Prinsipi) rəqib olacaq. İlk 7 yeri tutanlar yarımfinala çıxacaqlar.

Avqustun 21-də saat 11:55-də kayakçı İnna Osipenko Rodomska 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri Zoya Manayeva (Moldova), Marina Toribonq (Palau), Tereza Portela (Portuqaliya), Ninetta Vad (Macarıstan), Sofiya Yurçenko (Belarus), Jiexian Stefani Çen (Sinqapur) və Mereana Hodces (Kuk adaları) olacaq. İlk 6 yerin sahibləri yarımfinala yüksələcəklər.

Saat 12:25-də digər kayakçı Mirnazim Cavadov kişilər arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə çıxacaq. Onun rəqibləri Penq Ju (Çin), Ray Akuna (Venesuela), Filip Svab (Çexiya), Pavel Kaçmarek (Polşa), Marko Draqoslavlyeviç (Serbiya), Abdelmajid Jabbur (Mərakeş), Edoardo Kierini (İtaliya) və Toni Jill Lespua (Seyşel adaları) olacaq. İlk 6 yerin sahibləri yarımfinala yüksələcəklər.

Saat 13:45-də kanoeçilərdən ibarət Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşə qatılacaq. Azərbaycanlı cütlüyün rəqibləri Hosea Motupi Seleka - Madumetya Fillemo Maema (CAR), Raju Ravat - Ceymsboy Sinq Oynam (Hindistan), Penqfey Çenq - Lonqkui Vanq (Çin), Matyö Bönye - Adrian Bart (Fransa), Peter Kretşmer - Mixael Müller (Almaniya), Andrey Boqdanoviç - Aleksandr Boqdanoviç (Belarus) və əvvəllər ölkəmizi təmsil etmiş Nikolay Matviyçuk - Adnan Əliyev (Türkiyə) duetləri olacaq. İlk 6 pillənin sahibləri yarımfinala yüksələcəklər.

Saat 14:48-də kanoeçi Taras Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq. Ona Fakundo Pagiola (Argentina), Xuan Dat Tran (Vyetnam), Rastislav Kohut (Slovakiya), Martin Fuksa (Çexiya), Mixal Kudla (Polşa), Yoosep Karlson (Estoniya) və Murman Malaniya (Gürcüstan) rəqib olub. İlk 6 yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.

Saat 15:06-da kayakçı Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onunla birgə start xəttinə Aleksandr Lyapyoşka (Belarus), Fabio Viss (İsveçrə), Yuri Berejintsev (Qazaxıstan), Rene Holten Poulsen (Danimarka), Viktor Dyomin (Slovakiya), Sergey Vixrov (Moldova), Oleq Kuxarik (Ukrayna) və Daniel Teterev (Qırğızıstan) çıxacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.

Dünya çempionatına avqustun 23-də yekun vurulacaq.

Dünya çempionatından Rio-2016-ya lisenziya qazanmaq üçün Azərbaycanın kayakçılarından Mirnazim Cavadov kişilər arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk "8-liy"ə, İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə, 200 metr məsafəyə yürüşdə ilk "8-liy"ə, kanoeçilərdən Taras Matviyçuk 1 nəfərlik, Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk "6-lığ"a, Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşməyi bacarmalıdır.

Buna nail ola bilməyənlərə 2016-cı ilin mayında Almaniyanın Duysburq şəhərində keçiriləcək Avropa təsnifat reqatasında çıxış etmək şansı veriləcək. Amma həmin reqatada ilk 2 yerdən birini tutmaq lazım gələcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR