Avropa Liqası: Gözümüz “Bakcell Arena”da, qulağımız Berndə
Bizi izləyin

İdman

Avropa Liqası: Gözümüz “Bakcell Arena”da, qulağımız Berndə

Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanın iki klubu da qrupa düşmək üçün son səddi keçməlidir. “Qəbələ” Yunanıstan təmsilçisi “Panatinaikos”, “Qarabağ” isə İsveçrə “Yanq Boyz”u ilə görüşəcək. İlk oyunlarda Qəbələnin eyniadlı klubu evdə, ağdamlılar səfərdə qüvvəsini sınayacaq.

Ardıcıl ikinci, ümumilikdə isə 3-cü dəfə eyni mövsümdə iki komandamız pley-offda çıxış edəcək. 2009-cu ildə həm “Bakı”, həm “Qarabağ” bu raundda büdrəmişdisə, 2014-cü ildə ağdamlılar qrupa yüksəldi, “Neftçi” isə bunu bacarmadı.

Üçüncü cəhddə hər iki təmsilçimiz qrupa yüksəlsə, futbol tarixində ilk reallaşacaq. Belə ki, indiyədək heç vaxt eyni mövsümdə iki klubla qrupda təmsil olunmamışıq. 2012-ci ildə ilkə imza atan “Neftçi” Avropa Liqasında qrup həyəcanı yaşayıb. 2 il sonra isə “Qarabağ” “Ağ-qaralar”ın nailiyyətini təkrarlayıb.

Tarixində ilk dəfə pley-offa qədər irəliləyən “Qəbələ” əvvəlki 3 mərhələdə hər üç rəqibini evdə quru hesabla məğlub edib. “Panatinaikos” səddini adlamaq iddiasında olan Roman Qriqorçukun yetirmələri ümumi hesabdakı qələbənin təməlini qoymaq üçün bu ənənəni davam etdirsə, yaxşı olar.

Pley-offda 5-ci dəfə qüvvəsini sınayacaq “Qarabağ” çətin İsveçrə səfərində məğlub olmamağa çalışacaq. Bakıdakı oyuna üstün durumda çıxmaq üçün ağdamlılar səfərdən qolla qayıtmalıdır. Əks halda, vəziyyət çətinləşəcək.

Avropa Liqası, pley-off, ilk oyunlar

20 avqust

21:00 Qəbələ (Azərbaycan) – Panatinaikos (Yunanıstan)

Baş hakim: Andre Marriner

Yan xətt hakimləri: Simon Bennett, Li Betts

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)

Hakim-inspektor: Zbiqniev Przesmiçki (Polşa)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı. “Bakcell Arena”

23:00 Yanq Boyz (İsveçrə) - Qarabağ (Azərbaycan)

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin

Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)

Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

Bern. “Stad de Suiss”

Digər oyunlar

20 avqust

21:00 Astra (Rumıniya) - Alkmaar (Hollandiya)

21:00 Dinamo Minsk (Belarus) - Zalsburq (Avstriya)

22:00 Ayaks (Hollandiya) - Yablones (Çexiya)

22:00 Krasnodar (Rusiya) - HİK (Finlandiya)

22:00 Liberets (Çexiya) - Hayduk (Xorvatiya)

22:00 Molde (Norveç) – Standard (Belçika)

22:00 PAOK (Yunanıstan) - Brondbü (Danimarka)

22:00 Sparta (Çexiya) - Tyun (İsveçrə)

22:00 Zarya (Ukrayna) - Legiya (Polşa)

22:30 Milsami (Moldova) – Sent-Etyen (Fransa)

23:00 Atromitos (Yunanıstan) – Fənərbaxça (Türkiyə)

23:00 Rabotniçki (Macarıstan) - Rubin (Rusiya)

23:00 Styaua (Rumıniya) - Rusenborq (Norveç)

23:15 Jilina (Slovakiya) – Atletik (İspaniya)

23:30 Altax (Avstriya) - Belenenseş (Portuqaliya)

23:30 Bordo (Fransa) – Kayrat (Qazaxıstan)

23:30 Odd (Norveç) – Borussiya D (Almaniya)

23:50 Viktoriya P (Çexiya) - Voyvodina (Serbiya)

00:00 Lex (Polşa) - Videoton (Macarıstan)

00:00 Sautqempton (İngiltərə) - Midtülland (Danimarka)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm