“Real” və “Mançester Siti” yeni transferlərini təqdim etdi
Bizi izləyin

İdman

“Real” və “Mançester Siti” yeni transferlərini təqdim etdi

İspaniyanın "Real" və İngiltərənin “Mançester Siti” klubları yeni transferlərini publikaya təqdim edib.

Publika.az xəbər verir ki, İtaliya "İnter"inin formasını geyinən Mateo Kovaçiç bundan sonra "Real"ın uğuru üçün çalışacaq. Müqaviləyə əsasən Kovaçiç 2021-ci ilə qədər İspaniya klubunda çıxış edəcək. 21 yaşlı futbolçunun transfer qiyməti 28 milyon avrodur. Yarımmüdafiəçi mövsüm ərzində 40 oyuna çıxacağı təqdirdə daha 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Mateo Kovaçiç "İnter"dən əvvəl Xorvatiya "Dinamo"sunda (Zaqreb) oynayıb. O, 2013-cü ildə Milan klubuna transfer olunub.

“Valensiya”nın və Argentina millisinin müdafiəçisi Nikolas Otamendi “Mançester Siti” klubu ilə beşillik müqavilə bağlayıb. Transfer “şəhərlilərə” 45 milyon avroya başa gəlib.

N.Otamendi Premyer Liqa tarixində İngiltərə klubuna keçən ən bahalı müdafiəçi olub. Onun transferinin məbləği 40 milyon avronu ötüb. Belə ki, bu məbləğ “Mançester Siti”nin 2014-cü ilin yayında fransalı müdafiəçi Elyakim Manqalanın transferi üçün ödədiyi məbləğdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm