Azadlıq prospektində azarkeşlər arasında dava düşdü - VİDEO
Bizi izləyin

İdman

Azadlıq prospektində azarkeşlər arasında dava düşdü - VİDEO

Kiyev və Lvovda ukraynalı azarkeşlərlə polşalı fanatlar arasında insident yaşanıb.

Publika.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin “Zarya” və “Legiya” oyunu ərəfəsində hər iki klubun azarkeşləri arasında qarşıdurma baş verib.

Dünəndən başlayan dava-dalaşın ən yüksək “episentri” “Hidropark” metrosu yaxınlığında olub. “Dinamo” ultrası 100-ə yaxın polyak fanata hücum çəkib. Nəticədə “Legiya”nın azarkeşləri arasında xəsarət alanlar olub. Amma zərərçəkənlər haqda dəqiq məlumat verilmir.

Eyni hadisə həmin gün Lvovdakı Azadlıq prospektində də təkrarlanıb. Ukrayna mətbuatının yazdığına görə, qarşıdurmaya ukraynalı azarkeşlərin qisas hissi şərait yaradıb. Belə ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində “Metallist” – “Legiya” matçında qonaqlar siyasi təxribat xarakterli şüarlar səsləndirmiş və qıcıqlandırıcı bannerlər açmışdı. Ukraynalılar da indi bunun əvəzini çıxmağa çalışır.

Xatırladaq ki, “Zarya” – “Legiya” matçı bu gün Kiyevin Valeriy Lobanovski adına “Dinamo” stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm