“Qarabağ” və “Qəbələ”yə qarşı kimlər oynayacaq? – HEYƏTLƏR
Bizi izləyin

İdman

“Qarabağ” və “Qəbələ”yə qarşı kimlər oynayacaq? – HEYƏTLƏR

Bu gün Avropa Liqasının pley-off mərhələsindəki təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" ilk oyunlarını keçirəcəklər.

Publika.az xəbər verir ki, İsveçrə və Yunanıstan mətbuatı rəqiblərimiz - "Yanq Boyz" və "Panatinaikos"un meydana hansı start heyətiylə çıxacağını açıqlayıblar.

İsveçrə mətbuatının yaydığı məlumata görə, "Yanq Boyz" meydana aşağıdakı heyətlə çıxacaq:

İvan Mvoqo, Skott Satter, Milan Vilotiç, Stiv fon Bergen, Yan Leçyaks, Milan Qayiç, Miralem Süleymani, Leonardo Bertone, Yuya Kubo, Rafael Nutsolo, Haris Tabakoviç.

Yunanıstanlı həmkarlarımız isə "Panatinaikos"un "Bakcell Arena"da meydana bu heyətlə çıxacağını bildirib:

Stefanos Kotsolis, Statis Tavlaridis, Georgios Kotrumbis, Yens Vemmer, Nano, Anastasios Laqos, Zeka, Daniel Pranyiç, Sotiris Ninis, Nikos Karelis, Markus Berq.

Xatırladaq ki, "Yanq Boyz" - "Qarabağ" matçı bu gün saat 23:00-da Berndə, "Qəbələ" - "Panatinaikos" qarşılaşması isə 21:00-da "Bakcell Arena"da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm