• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Qəbələ” - “Panatinaikos” - 0:0 - FOTOLAR (YENİLƏNİB)

  • İdman
  • 20 Avqust 2015 23:02
  • 480 Baxış
“Qəbələ” - “Panatinaikos” - 0:0 - FOTOLAR (YENİLƏNİB)

İkinci hissədə daha sürətli oyun sərgiləyən komandalar ilk dəqiqələrdə qapılar qarşısında təhlükəli vəziyyətlər yaradıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın 47-ci dəqiqəsində M.Petriçin cərimə zərbəsinin müdafiəçilərimiz qarşısını alıblar. 49-cu dəqiqdə “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Rafael Santos kobudluğa görə sarı vərəqə ilə cəzalandırılıb. 54-cü dəqiqədə A.Antonovun zərbəsi qapının üstündən keçib. 58-ci dəqiqədə Ermin Zetsin əvəzinə meydana Samir Zərgərov daxil olub.

63-cü dəqiqədə rəqib komandanın almaniyalı futbolçusu Yens Vemmer qəbələli Dodoya qarşı kobudluğa görə sarı kartla cəzalandırılıb. Görüşün 67-ci dəqiqəsində A.Antonov hesab açmaq imkanını yararlana bilməyib. 73-cü dəqiqədə Samir Zərgərovun vurduğu topu rəqib qapıçısı asanlıqla tutdu. 81-ci dəqiqədə Ağdam komandasının qapıçısı D.Bezotosnı oyuna sonradan daxil olan rəqib hücumçu Markus Berqin fərqlənməsinə imkan verməyib. 88-ci dəqiqədə rəqib müdafiəçilərin kobud səhvindən istifadə edən S.Zenyovun zərbəsi dəqiq alınmadı. Oyunun sonunadək hesab dəyişmədi (0:0).

Beləliklə, Bakıdakı ilk matçdan heç-heçə ilə ayrılan Roman Qriqorçukun komandası tarixində ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansını saxladı.

22:10

“Qəbələ” komandasının üstünlüyü ilə keçən oyunun ilk hissəsində hesab açılmayıb (0:0). Qarşılaşmanın 4-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Aleksey Qayın zərbəsini rəqib komandanın qapıçısı çətinliklə dəf edərək ona fərqlənmək imkanı vermədi.

Matçın 16-cı dəqiqəsində Mladen Petriçin zərbəsi qapının dirəyinə dəydi. 22-ci dəqiqədə isə rəqib oyunçunun qol vurmasına komandamızın qapıçısı Dmitri Bezotosnı mane oldu. 28-ci dəqiqədə “Qəbələ”nin yarımmüdafiəçi Dodonun zərbəsi rəqib komandanın qapısının üstündən keçdi. Oyunun 31-ci dəqiqəsində “Panatinaikos”un futbolçusu Zeka kobudluğa görə sarı vərəqə ilə cəzalandırıldı. Görüşün 32-ci dəqiqəsində Aleksey Antonovun zərbəsi qapıdan bir neçə santimetr aralı keçdi. 36-cı dəqiqədə Dodoya qarşı kobudluğa görə cərimə zərbəsi təyin olundu. Sergey Zenyovun, daha sonra isə Arif Daşdəmirovun vurduğu zərbələri rəqib komandanın müdafiəçiləri dəf etdilər.

22:00

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilir.

Publika.az xəbər verir ki, tarixində ikinci dəfə qatıldığı turnirdə 3 mərhələ keçərək pley-offa qədər yüksələn "Qəbələ" qrup mərhələsinə vəsiqə uğrunda Yunanıstanın ən köklü klublarından "Panatinaikos"la qarşılaşır.

İlk 3 mərhələdə ilk oyununu səfərdə keçirən "Qırmızı-qaralar" cari avrokuboklarda ilk dəfə birinci oyunu evdə keçirir. Yunanlarla məsul oyunöncəsi "Qəbələ"nin heyətində olan itkilər baş məşqçi Roman Qriqorçuku nə qədər qayğılandırsa da, komanda evdə keçirəcəyi oyundan maksimum sərfəli nəticəylə ayrılmağa çalışacaq.

"Bakcell Arena"da keçirilən oyunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev izləyirlər.

Avropa Liqası, pley-off mərhələsi

20 avqust

Qəbələ - Panatinaikos - 0:0

Baş hakim: Andre Marriner.

Baş hakimin köməkçiləri: Simon Bennett, Li Betts.

Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə).

Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa).

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).

Bakı. “Bakcell Arena” stadionu.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR