Qriqorçuk: "Komandamdan razı qaldım"
Bizi izləyin

İdman

Qriqorçuk: "Komandamdan razı qaldım"

"Futbolçularım əlindən gələni etdi. Komandamdan razı qaldım".

Publika.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la ilk matçdan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis komandasının kifayət qədər yaxşı oyun nümayiş etdiridiyini bildirib:

"Yəqin ki, bizi "Mançester Yunayted"lə səhv salmamısız. Fikrimcə, komandam yüksək səviyyəli oyun nümayiş etdirdi. Əvəzetmələri şərh etmək istəmriəm. Oyuna əsasən deyə bilərəm ki, orta xətdə müəyyən çatışmazlıqlar var idi. Əks-hücumların qurulmasında gecikirdik. Futbolçular sürətdə bir qədər geri qalırdı".

R.Qriqorçuk Cavid Hüseynovun yoxluğunun hiss olunduğunu qeyd edib:

"Cavidin yoxluğu böyük itkidir. Ancaq qrup mərhələsinə düşmək istəyən komanda bir futbolçudan asılı olmamalıdır. Caviddən başqa da yaxşı futbolçularımız var. Bu gün onlar özlərini yaxşı tərəfdən göstərdilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm