"Qələbəyə yaxın idik"
Bizi izləyin

İdman

"Qələbəyə yaxın idik"

"Hər iki komadanı təbrik edirəm. Qələbəyə yaxın idik. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Oyunçularım bacardığını etdi. Artıq Afinada keçiriləcək oyunu düşünürük. "Qəbələ" klubuna və Azərbaycan xalqına dostluq münasibətinə görə təşəkkürümüzü bildirik. Biz də Yunanıstan da bu cür münasibəti göstərəcəyik".

Publika.az xəbər verir ki, bunu "Panatinaikos"un baş məşqçisi Yannis Anastasio Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə ilk qarşılaşmadan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

-Düşünmürsüz ki, qələbə işinizi daha da asanlaşdıra bilərdi?

-Artıq düşünməkdən keçib. Son 10 gündə 4 vacib oyun keçirmişik. "Qəbələ" ilə matç da bizim üçün önəmli idi. Qələbə üçün əlimizdən gələni etdik.

-Qələbəni əldən verdiyinizi düşünürsünüz?

-Artıq hesabı düşünməyə dəyməz. Bütün fikrimizi cavab oyununa yönəltmişik

Oxumağa davam et
Reklam
Reklam

Gündəm