İdman
Boksçularımız 1/4 finalda
Rusiyanın Qroznı şəhərində Ahmed Kadırovun xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib.
Publika.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan geniş tərkibli heyətlə təmsil olunur.
Turnirdə "Gilan" və "Baku Fires" klubunun idmançıları mübarizə aparır. Yarışın ilk günündə Azərbaycanın 7 boksçusu rinqə çıxıb.
52 kq çəki dərəcəsində çıxış edən Elnur Şəfizadə ilk görüşdə litvalı Marlus Visniauskas üzərində texniki nokautla qələbə qazanıb. O, 1/4 finalda rusiyalı Çingiz Natırovla üz-üzə gələcək. İman Əhmədli də (64 kq) turnirə qələbə ilə başlayıb. Litvanın digər təmsilçisi Deyvidas Kliuçakası məğlub edən (3:0) milli komandanın üzvü 1/4 finalda Belarus nümayəndəsi Aleksandr Vasilko ilə qarşılaşacaq.
64 kq çəki dərəcəsində azərbaycanlı əlcək ustası Xəzər Əliyev ilkin mərhələdə özbəkistanlı Şaxram Qiyasova uduzub - 0:3.
Xəyyam Məmmədov (69 kq) məşqçilərin etimadını doğruldub. Boksçu almaniyalı Markel Orsingerdən güclü olub - 3:0. Məmmədovun 1/4 finalda rəqibi rusiyalı Maqsud Aşxanov olacaq.
Bu çəkidəki digər Azərbaycan təmsilçisi Pərviz Hüseynov özbəkistanlı Mahmud Qaipov üzərində qələbə qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən Saqi Salehli ilk görüşdə Almaniya idmançısı Vyaçeslav Spomerə uduzub. Saqi Səmədov (+91 kq) isə ilk qarşılaşmada rusiyalı Cabrayıl İşxanova yenilib - 1:2.
Qeyd edək ki, 100-ə yaxın idmançının mübarizə apardığı yarışa avqustun 23-də yekun vurulacaq.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR