ETİRAF(LAR): “...gedəcəyini söyləyəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım”
Bizi izləyin

İdman

ETİRAF(LAR): “...gedəcəyini söyləyəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım”

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Lionel Messi

“Ronaldo, yoxsa sən” sualını verənlərə “Ronaldinyo hələ həyatdadır” deyərək söhbəti bağlayıram”.

Pep Qvardiola

“Ən büyük hədəfim Messini dünyanın ən yaxşı futbolçusu etmək idi, amma o, məni dünyanın ən yaxşı baş məşqçisi etdi”.

Marko Roys

“Mario Getse mənə “Bavariya”ya gedəcəyini söyləyəndə özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım”.

Andrey Şevçenko

“Küçələrdə balaca uşaqların mənim adım yazılan qırmızı-qara “Milan” formasını geyinib ora-bura qaçdığı günlər üçün çox darıxıram”.

Ömər Üründül (Jurnalist)

“4:2 hesabıyla bitən İsveç - Norveç matçında (2013, yoldaşlıq oyunu), Zlatan İbrahimoviç ölkəsi adına vurduğu 3 qoldan başqa demək olar ki, meydanda görünmədi”.

P.S.: Adam daha nə etməliydi ki?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm