Xorvatiyalı azarkeşlərin Azərbaycana gəlməsinə qadağa
Bizi izləyin

İdman

Xorvatiyalı azarkeşlərin Azərbaycana gəlməsinə qadağa

Xorvatiya Futbol Federasiyası (XFF) yerli azarkeşlərə "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan, Norveç və Malta ilə səfər oyunlarına getmək qadağası qoyub.

Qol.Az-ın xəbərinə görə, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, azarkeşlərin irqçi hərəkətlərinin qarşısını almaq üçün bu qərar verilib.

Qeyd edək ki, bundan əvvəl "Avro-2016"nın seçmə mərhələsində Splitdə keçirilən Xorvatiya - İtaliya oyununda (1:1) meydançanın qazonuna faşizm simvolu olan qamalı xaç çəkilib. Bu səbəbdən UEFA Xorvatiya millisinin 1 xalını silib və 100 min avro məbləğində cərimələyib. Qitənin ali futbol qurumu milliyə iki matç doğma meydanda azarkeşsiz oynama cəzası da verib.


Beləliklə, xorvatiyalı futbolçular sentyabrın 3-də və 6-da Azərbaycan və Norveç, oktyabrın 13-də isə Malta ilə oyunlarda azarkeş dəstəyi olmadan oynayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm