"Qarabağ"ın yeni transferi: "Qol vursam, sevinərəm"
Bizi izləyin

İdman

"Qarabağ"ın yeni transferi: "Qol vursam, sevinərəm"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" artıq vətəndədir.

Ağdam klubu ötən gün axşam saatlarında çarter reysi ilə İsveçrədən Bakıya qayıdıb.

Sport7.az-a açıqlama verən "Qarabağ"ın hücumçusu Raydel Pupon "Yanq Boyz"la oyun barədə fikirlərini səsləndirib:

"Yaxşı nəticə əldə etdik. Çünki səfərdən qələbə ilə qayıtdıq. Bakıda da eyni oyunu nümayiş etdirmək lazımdır. Mənim üçün mərhələ keçmək daha vacibdri. Qol vurmağıma gəlincə isə, bunu etsəm, çox sevinərəm".

Qeyd edək ki, Berndə baş tutan qarşılaşmadan təmsilçimiz 1:0 hesablı qələbə ilə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm