• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Neftçi” də siftə etdi...

  • İdman
  • 24 Avqust 2015 10:30
  • 311 Baxış
“Neftçi” də siftə etdi...

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir. İlk oyun günündə bir qarşılaşma keçirildiyini xəbər vermişdik. "Xəzər Lənkəran" doğma meydanda 9 nəfərlə qalmasına baxmayaraq, “Rəvan”dan 1 xal qopara bilmişdi – 1:1.

Publika.az xəbər verir ki, dünən turun daha üç oyunu keçirilib. Çempionata uğursuz start verən "Neftçi" "Sumqayıt"ı qəbul edib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirlən matç "Ağ-qaralar"ın qələbəsiylə yekunlaşıb - 2:1.

Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ"la "Qəbələ" də növbəti oyunlarını keçirib. "Köhlən atlar" maliyyə problemləri içində boğulan AZAL-ı, "Qəbələ" isə ilk iki turda möhkəm komanda təsiri bağışlamış "Kəpəz"i məğlub edib.

Azərbaycan Premyer Liqası, 3-cü tur

22 avqust

Xəzər Lənkəran - Rəvan 1:1

Rahid Əmirquliyev, 86 - Ramazan Abbasov, 55.

Qırmızı vərəqə: Elşən Rzazadə, 47, Skarlatake, 91.

Neftçi - Sumqayıt 2:1

Araz Abdullayev, 51. Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 77.

Qəbələ - Kəpəz 1:0

Ermin Zets, 6.

AZAL - Qarabağ 0:2

Mahir Mədətov, 44. Dani Kintana, 65.

24 avqust

21:00 Zirə - İnter

Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Murad Məmmədov.

Zirə. Olimpiya idman kompleksi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR